Qusarda AİLƏ FACİƏSİ: Ölənlərin adları açıqlandı - YENİLƏNİB/FOTO

Qusarda AİLƏ FACİƏSİ: Ölənlərin adları açıqlandı - YENİLƏNİB/FOTO

Hazırda oxunan: Qusarda AİLƏ FACİƏSİ: Ölənlərin adları açıqlandı - YENİLƏNİB/FOTO

60597

Xəbər verdiyimiz kimi, Qusar şəhərində 5 nəfər dəm qazından boğularaq ölüb. Hadisə şəhərdə ikimərtəbəli yaşayış evində baş verib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, dəm qazından boğulanların şəxsiyyəti məlum olub.

Bunlar Qusar şəhər sakinləri - 35 yaşlı Rusif Şıxəli oğlu Şıxov, arvadı - 29 yaşlı Əminə Məhsim qızı Şıxova, övladları - 9 yaşlı Osman, 10 yaşlı Sumeya və 5 yaşlı İmarə Şıxovlardır.


Onların meyitləri tibbi ekspertiza üçün rayon mərkəzi xəstəxanasına gətirilib. Xəstəxanadan özəl fotoları təqdim edirik.

*** 

Qusar rayon polis şöbəsinin və rayon prokurorluğunun əməkdaşları, Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinin rəhbəri hazırda hadisə yerində araşdırma aparır.

İlkin versiyada ailənin dəm qazından zəhərləndikləri deyilir.

Qusar rayon prokurorluğunda araşdırma başlanılıb.

****

Qusar şəhərində 5 nəfər dəm qazından boğularaq ölüb. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə Qusar şəhərindəki ikimərtəbəli yaşayış evində baş verib.

Bir ailənin 5 üzvü dəm qazından boğularaq ölüb. 

Hadisə ilə bağlı araşdırma aparılır. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO