Lukaşenko Qərb qarşısında şərt qoydu: “Bunu dayandırmasanız...!

Lukaşenko Qərb qarşısında şərt qoydu: “Bunu dayandırmasanız...!

Hazırda oxunan: Lukaşenko Qərb qarşısında şərt qoydu: “Bunu dayandırmasanız...!

60585

Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, Qərb Belarusa hücumlarını və dövlət çevrilişi cəhdlərini dayandırmasa, o, əbədi dövlət başçısı olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Əgər Qərb kollektiv şəkildə Belarusu nişangahından çıxarsa, 2020-ci ildə olduğu kimi burda hər şeyi baş-ayaq çevirməsə, onların istədikləri şey (prezident dəyişikliyi) səliqəli və qanunla olacaq. Əgər 2020-ci ildəki kimi bizə hücum etsələr, mən əbədi prezident olacağam”, - Lukaşenko deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Lukaşenko rus qoşunlarının Belarusdan çıxarılmasının vaxtını açıqladı - VİDEO


Bundan əvvəl Lukaşenko xalqa və parlamentə çıxışı zamanı iki prezidentlik müddətinin tərəfdarı olduğunu bildirmişdi. Eyni zamanda, o, özünün də son seçkilərdən imtina etməməsini müsbət hal adlandırıb. Əlavə edib ki, Belarus müharibəyə qarışarsa, növbəti seçkilərə məhəl qoymayacaq, əlinə pulemyot götürüb irəli gedəcək.

Lukaşenko iki prezidentlik müddətinin artıq kifayət etdiyi qənaətindədir, çünki “bu, çox ağır yükdür”.

Ötən ilin dekabrında Belarus hakimiyyəti ölkənin əsas qanununa dəyişiklik layihəsini dərc edib. Əsas məqamlardan biri də dövlət başçısının səlahiyyət müddətinin dəyişdirilməsidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO