Sürücülərə

Sürücülərə "icazə blankı" proqram təminatı əsasında veriləcək – RƏSMİ

Hazırda oxunan: Sürücülərə "icazə blankı" proqram təminatı əsasında veriləcək – RƏSMİ

60581

Azərbaycanda sürücülərə verilən “İcazə blankları”nın bölgüsünün idarə edilməsi üçün xüsusi elektron proqram təminatı istifadəyə veriləcək.

Bu barədə Bizim.Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumatda deyilir ki, “İcazə blankları” verilərkən daşıyıcıların həmin blanklara cari tələbatı araşdırılır və əvvəlki dövrlərdə həyata keçirilmiş beynəlxalq daşımaların həcmi nəzərə alınır.

Bu istiqamətdə işlər davam etdirilir və qısa müddətdə xüsusi elektron proqram təminatı istifadəyə veriləcək. Məqsəd icazələrin bölgü prosesində ədalət prinsipini qorumaq və daşıyıcıların icazələrə çıxışını daha da asanlaşdırmaqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO