Dünyada koronavirusa yoluxanların sayı 418 milyona çatır

Dünyada koronavirusa yoluxanların sayı 418 milyona çatır

Hazırda oxunan: Dünyada koronavirusa yoluxanların sayı 418 milyona çatır

60551

Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 417 722 064 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.

Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 5 850 127 nəfər təşkil edir.

Yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk üçlüyü bölüşür.

ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 78 172 926 nəfərə çatıb, 928 519 nəfər infeksiya səbəbindən vəfat edib.

İkinci yerdə qərarlaşan Hindistanda 42 749 279 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 510 360 nəfər ölüb.

Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 27 819 996 nəfər virusa yoluxub, onlardan 641 096 nəfəri ölüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO