Fevralın 15-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Artak Davtyan respublikanın şimal-şərqində yerləşən hərbi hissələrdə və döyüş mövqelərində olub.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
“Mən şəxsən Gorus-Qafan yolu ilə getdim, hər şey yaxşı idi” - Artak Davtyan
“Silahlı Qüvvələrin Baş Qərargah rəisi hərbi hissələrə baxış keçirib, nəzərdə tutulmuş tədbirlərin icrasını, hərbi texnikanın və silah-sursatın saxlanılması üzrə gündəlik işləri izləyib. Sonra general-leytenant Artak Davtyan döyüş mövqelərinə baş çəkib, əməliyyat şəraiti, növbətçilik şəraiti, eləcə də ön cəbhədə aparılan mühəndis-istehkam işləri ilə tanış olub”, - Ermənistan Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Bizim.Media