Polşa, Britaniya, Çexiya və Rusiyadan olan səyyahlar Şuşa şəhərinə çatdılar

Polşa, Britaniya, Çexiya və Rusiyadan olan səyyahlar Şuşa şəhərinə çatdılar

Hazırda oxunan: Polşa, Britaniya, Çexiya və Rusiyadan olan səyyahlar Şuşa şəhərinə çatdılar

60419

Xəbər verdiyimiz kimi, dünyanın 21 ölkəsindən olan tanınmış səyyahların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb. Üçgünlük səfər çərçivəsində onlar Füzuli-Şuşa-Ağdam-Kəlbəcər-Laçın dəhlizi-Qubadlı-Zəngilan marşrutu üzrə işğaldan azad olunmuş ərazilərə səfər edəcəklər. Səfər zamanı bu ərazilərdə yerləşən tarixi və mədəni abidlərlə tanış olacaq, həmçinin ermənilərin işğalı dövründə törədilmiş dağıntıları gözləri ilə görəcəklər.

Bizim.Media-nın əldə etdiyi informasiyaya görə, Polşa, Britaniya, Çexiya və Rusiya səyyahlarının olduğu qrup hazırda Şuşa şəhərinə çatıb.

Onlar gördükləri mənzərə qarşısında kədərləndiklərini vurğulayıblar. 

Bildiriblər ki, belə səyahətlər müharibənin insanlara vurduğu maddi və mənəvi zərbənin dünyaya çatdırılması üçün ən gözəl vasitədir.

Böyük Britaniyadan gələn səyyah Samuel Ceyms Havtorn Şuşaya səfəri zamanı deyib ki, gələcəkdə Azərbaycan və Ermənistan sülh içində yaşayacaq: “Buna ümid edirəm”.

O, Qarabağı çox bəyəndiyini, təbiət və dağlarının möhtəşəm olduğunu bildirib: “Buranın tarixi mənim üçün maraqlıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO