Yüzlərlə qadının boşanmasına və intiharına səbəb olan azərbaycanlı QƏHRƏMAN - “Gündə 30-40 qadın mənə yazır” - VİDEO

Yüzlərlə qadının boşanmasına və intiharına səbəb olan azərbaycanlı QƏHRƏMAN - “Gündə 30-40 qadın mənə yazır” - VİDEO

Hazırda oxunan: Yüzlərlə qadının boşanmasına və intiharına səbəb olan azərbaycanlı QƏHRƏMAN - “Gündə 30-40 qadın mənə yazır” - VİDEO

60300

"Xəzər-Lənkəran" Futbol klubunun keçmiş vitse-prezidenti Rəvan Bəşirov 5 ildən çoxdur ki, qəribə hadisə ilə qarşılaşıb. Belə ki, Rəvan Bəşirovun sosial şəbəkələrdə paylaşdığı foto və videolardan istifadə edən saxta hesablar tərəfindən dünyada yüzlərlə qadın aldadılıb. Müxtəlif adlar altında açılan saxta hesablardan qadınlara evlilik təklifi edilib və  etibarlarından istifadə edilərək onlardan pul alınıb. Tora isə ən çox yaşlı qadınlar düşüb.

Məsələ yenidən gündəmə gəlib və bu dəfə Rəvan Bəşirovun fotosundan istifadə edən saxta hesabın toruna Rusiyanın məşhur “Бурановские Бабушки” qrupunun solisti Anna Prokopyova düşüb. Rəvan Bəşirov HTB kanalının “Za Qranyu” adlı verlişinə məsələ ilə bağlı dəvət alıb. Amma o, iştirak etməkdən imtina edib və hazırda sözügedən məsələdən o qədər də narahat deyil.

Bizim.Media-ya bu barədə danışan Rəvan Bəşirov sözügedən məsələdən o qədər də narahatlıq keçirmədiyini bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

İntihardan çıxış yolu tapmaqda niyə ACİZİK? – Ekspertdən psixoloji anın ŞƏRHİ


“5 ildən çoxdur ki, bu məsələ var. İlk olaraq İtaliyadan başladı və bütün Avropaya yayıldı. Sonra Latın Amerikası, ABŞ və Rusiya... İşin arxasında afrikalılar durur. Hansı ki, başqasının şəkillərindən istifadə edərək kişidirsə qadınları, qadındırsa kişiləri aldadaraq, fırıldaqçılıqla pul alırlar. İlk dəfə 2016-cı ildə cinayətkar dəstə mənim şəkillərimdən yaşlı qadınlara qarşı istifadə etdi və onlarda bu, uğurlu alındı.

Nəticə olaraq qadınlardan pul əldə ediblər. Demək olar ki, bu işlə məşğul olan bütün afrikalılara mənim şəkillərim yayıldı və kütləviləşdi. Hər gün “Facebook” avtomatik olaraq 30-40 belə profil silirdi. Hətta İtaliya mətbuatında da yer almışdı ki, bu cinayətlərdə “fake” profillə şəkli ən çox istifadə olunan adam Azərbaycandan Rəvan Bəşirovdur.

Təxminən 50 milyon avro məbləğində mənim şəkillərimlə Afrikaya pul gedib. Təbii ki, bunun mənim üçün neqativ tərəfləri çoxdur. Yəni populyarlaşma heç də müsbət anlamda deyil. Həmin qadınlar aldadıldıqlarını anlayandan sonra mənim özümü tapırlar. Gündə 30-40 yeni qadın mənə yazır”.

Rəvan Bəşirovun sözlərinə görə daha çox hüquq mühafizə orqanlarına və İnterpola aldadılan qadınlar müraciət edib:

“Təbii ki, İnterpol da bu məsələni araşdırıb və 15 dəqiqə keçmir ki, aldadılanlara şəklin sahbinin kim olduğu barədə məlumat verilir. Azərbaycanın polislərinə, hətta səfirliklərinə də müraciətlər olunub. Mənim üçün problem çıxmır, amma çox ürəkbulandırıcı, yorucu məsələdir və vaxtımı alır. Məsələn, 1 ay əvvl Almaniyadan bir xanım yazdı ki, ondan 80 min avro pul alıblar.

İki həftə əvvəl isə Amerikadan bir nəfər yazdı ki, ondan 100 min dollar ətrafında pul alınıb. Qadınların hamısı düşünür ki, o pullar mənə göndərilib. O fırıldaqçılar həddindən artıq peşəkardırlar və qadın psixologiyasına bələd şəxslərdir. Bir-iki gün deyil, aylarla əlaqədə olurlar, zamanı gələndə isə qadınlardan pul alırlar”.

Məhz Rəvan Bəşirovun şəklindən niyə istifadə olunur? 

Müsahibimiz məsələyə belə aydınlıq gətirib:“O afrikalılar mənim özümlə də əlaqə saxlayıblar. Çünki orada heç bir qanun işləmir və bilirlər ki, nə polis, nə də İnterpol onlara müdaxilə edəcək. Həmçinin pulu geri qaytara bilməzlər. Ona görə rahatdırlar. Bəziləri mənim hesabıma maşın və ev aldıqlarını bildirirlər. Hətta deyirlər ki, yüzlərlə adamda hazır şəkillərim var.

Əslində dünyada tək mən deyiləm. Şəkillərindən aktiv istifadə olunan ən azı 60 nəfər var. Amma onlardan ən çox istifadə olunanı təssüf ki, mənim şəklimdir.

Özləri də etiraf edir ki, mənim şəkillərimlə çox rahatdır. Əstəfürüllah, hətta öz ölkələrində mənə tanrı kimi baxırlar. Avropada bu məsələlərdən sonra saysız intiharlar və boşanmalar olub.

Nəyə görə Azərbaycanda yaşlı qadınları aldada bilmirlər? Çünki bizim mentalitetimizin çox yaxşı tərəfləri və ailə dəyərlərimiz var. Bizdə 70 yaşlı qadın nəvələri ilə məşğul olur və həyatına davam edir. Amma Avropada yaşlı qadınlar virtual macəra yaşayırlar. Bu məsələyə görə onları sərt şəkildə qınamışam. Nəticədə bu işin sonunda cinayət var”.

Alçina Amilqızı, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO