Astaradakı intiharın TƏFƏRRÜATI açıqlandı – DOSTU ALDADARAQ... - FOTO

Astaradakı intiharın TƏFƏRRÜATI açıqlandı – DOSTU ALDADARAQ... - FOTO

Hazırda oxunan: Astaradakı intiharın TƏFƏRRÜATI açıqlandı – DOSTU ALDADARAQ... - FOTO

60296

Xəbər verdiyimiz kimi, Astara rayonunun Toradi kəndinin 42 yaşlı sakini Zaur Məhərrəm oğlu Sovqatovun meyiti  Taxtanəkəran kəndi ərazisində, yola yaxın meşəlik ərazidə asılmış vəziyyətdə aşkar olunub.

Bizim.Media-nın yerli bürosu intiharın bəzi təfərrüatını öyrənib.

Belə ki, mərhum bir neçə gün öncə aldadıldığını, onun adına bir neçə şirkət yaradıldığı və böyük məbləğdə vergi borcu yarandığı barədə hüquq-müfafizə orqanlarına və digər dövlət qurumlarına, eləcə də mətbuata  müraciət edibmiş. 
 

MÖVZU İLƏ BAĞLI:

42 yaşlı kişi intihar məktubu yazıb özünü asdı


Zaur Sovqatov qeyd edib ki, 2018-ci ildə ünvanlı sosial yardım almaq üçün yaxın dostu, Bakının Binə qəsəbəsində yaşayan Rövşən Hüseynovdan kömək istəyib. 

Onun iddiasına görə, dostu Rövşən bildirib ki, ona səlahiyyətli nümayəndə qismində etibarnamə verilsə, bu işi həll edə bilər. 

Bildirdiyinə görə, etibarnamə verdikdən aylar sonra aldadıldığını anlayıb. 

Zaur Sovqatov 5 şirkətin təsisçisi və rəhbəri olduğunu məhkəmə vasitəsi ilə öyrəndikdən sonra Rövşən Hüseynovla əlaqə saxlayıb. Ondan bu borcun necə yarandığını soruşub. İddia edir ki, Rövşən Hüseynov bu məsələni qısa zamanda qaydasına qoyacağını söyləyib, amma son iki ay ərzində onunla əlaqə saxlamaq mümkün olmayıb.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO