İlham Əliyevdən almaniyalı həmkarına: “Əməkdaşlıq ölkələrimizin maraqlarına xidmət edir”

İlham Əliyevdən almaniyalı həmkarına: “Əməkdaşlıq ölkələrimizin maraqlarına xidmət edir”

Hazırda oxunan: İlham Əliyevdən almaniyalı həmkarına: “Əməkdaşlıq ölkələrimizin maraqlarına xidmət edir”

60288

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident, Almaniya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
 

MÖVZU İLƏ BAĞLI:

NATO Baş katibi İlham Əliyevə təşəkkür etdi


Biz bu il Azərbaycan ilə Almaniya arasında diplomatik əlaqələrin qurulmasının otuz illiyini qeyd edəcəyik. Bu dövr ərzində ikitərəfli səviyyədə nail olduğumuz siyasi dialoq, bir sıra sahələrdə formalaşmış qarşılıqlı faydalı əməkdaşlıq ölkələrimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edir.

İnanıram ki, dövlətlərarası münasibətlərimiz və səmərəli əməkdaşlığımız istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində birgə səylərimizlə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar diləyirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO