Azad olunan ərazilərlə bağlı YENİ LAYİHƏ - Məşğulluq strategiyası hazırlanır

Azad olunan ərazilərlə bağlı YENİ LAYİHƏ - Məşğulluq strategiyası hazırlanır

Hazırda oxunan: Azad olunan ərazilərlə bağlı YENİ LAYİHƏ - Məşğulluq strategiyası hazırlanır

60282

İşğaldan azad olunan ərazilərdə məşğulluq strategiyası hazırlanacaq.

Bizim.Media xəbər verir ki, bu barədə məsələ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən növbəti kollegiya iclasında müzakirə olunub.

Kollegiya iclasında komitənin mərkəzi aparatının, departamentlərin və tabe təşkilatların 2021-ci ilin yekunlarına dair hesabatları müzakirə edilib.

Böyük Qayıdışla bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması, mətbuatda işıqlanlandırılması, məcburi köçkünlərin könüllü şəkildə geri qayıdışının hazırlanması, təbliğat işinin aparılması, xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla məcburi köçkünlərin onlayn qəbulu, onların müraciətlərinə baxılması, komitə rəhbərliyinin və aidiyyəti şöbə müdirlərinin qəbullarının təşkili, kadr siyasətinin “Dövlət qulluğu haqqında” qanuna uyğun aparılması haqqında məruzələr dinlənilib.

Kollegiyanın 2022-ci il üçün iş planı təsdiq olunub.

Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə məşğulluq startegiyasının hazırlanması və məcburi köçkünlərin repatriasiya prosesinin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Kollegiyada müzakirəyə çıxarılmış məsələlər barədə müvafiq qərarlar qəbul olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO