“Xəzri” ödəniş sistemi adından kələkbazlıq davam edir – Məsuliyyəti HANSI QURUM daşıyır? 

“Xəzri” ödəniş sistemi adından kələkbazlıq davam edir – Məsuliyyəti HANSI QURUM daşıyır? 

Hazırda oxunan: “Xəzri” ödəniş sistemi adından kələkbazlıq davam edir – Məsuliyyəti HANSI QURUM daşıyır? 

60262

“Xəzri” ödəniş sistemi adından istifadə edən bir qrup fırıldaqçılar haqqında yazmışdıq. Məsələ ilə bağlı rəsmi orqanlara da müraciət ünvanlamışdıq. Araşdırmamızı davam etdirdiyimiz günlərdə bir daha məlum oldu ki, haqlarında yazılanlara baxmayaraq, bu fırıldaqçılar yenə iş başındadırlar.

İctimaiyyətə hələ də təfərrüatı məlum olamayan bu hadisə ilə bağlı əsaslı məlumat almaq üçün Rəqəmsal İnkişaf və Dövlət Nəqliyyat Agentliyi və Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat sözçüsü Pərvanə Əliyeva Bizim.Media-ya açıqlamasında bildirib ki, bu işə sözügedən nazirlik cavabdehlik daşımır:

“Bu dələduzluq və cinayət hesab olunduğundan belə məsələləri güc strukturları araşdırır”.
 

MÖVZU İLƏ BAĞLI:

“Xəzri” ödəniş sistemi adından DƏLƏDUZLUQ - “300 manat ver, 3 min manat kredit al”


Pərvin Əliyevanın sözlərinə görə, “Xəzri” ödəniş sistemi adından edilən bu hadisə rəqəmsal təhlükə əhəmiyyətli deyil.

Maraqlıdır ki, informasiya təhlükəsizliyi üzrə maarifləndirmə səlahiyyəti daşıyan “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” də bu kələkbazlığın aktual və son dərəcə ciddi olmasına baxmayaraq, heç bir tədbir görməyib. 

Bu məsələyə laqeyd yanaşan hüquqi şəxslərdən biri də “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi”-dir.

Belə ki, rəqəmsal məlumatların transformasiyası sahəsindəki fəaliyyətlərin ümumilikdə hamısına nəzarət və tənzimləməni təmin edən agentliyin potensial kiber təhdidlərə qarşı gələcəkdə nə addım atacağı müəmmalı olaraq qalır.

Kiberdələduzluq xarakterli cinayət hadisələrinin artması əhali arasında qorxu və təşviş yaymaqda davam edir. Sistem və şəbəkə inzibatçılığının ölkədə aşağı səviyyədə olması, informasiya təhlükəsizliyi və kiberdələduzluqla mübarizə ilə bağlı elektron vasitələrin az və məhdudluğu da ürəkaçan vəziyyət deyil. 

Xüsusilə, yaşlı nəsil və məlumatlılığı az olan insanlara bu sahədə kömək göstərilməsi, lazımi prosedurların daha sadə və anlaşılan edilməsi şərtdir. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev cinayət işi ilə bağlı məlumatlı olduqlarını bildirirək: “İş üzrə araşdırma aparılır”, - deyə Bizim.Media-ya cavab verib.

Araşdırmamız davam edəcək.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO