Paşinyan 44 günlük müharibəyə görə dindiriləcək – KOMİSSİYA QƏRAR VERDİ

Paşinyan 44 günlük müharibəyə görə dindiriləcək – KOMİSSİYA QƏRAR VERDİ

Hazırda oxunan: Paşinyan 44 günlük müharibəyə görə dindiriləcək – KOMİSSİYA QƏRAR VERDİ

0:00
0:00
60082

Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdırmaq üçün parlamentin komissiyasına çağırılacaq.

Bizim.Media “news.am” saytına istinadən xəbər verir ki, bu barədə komissiyanın rəhbəri, parlamentin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Köçəryan fevralın 14-də qanunverici orqanda hakim “Vətəndaş müqaviləsi” partiyasının nümayəndələrinin mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, baş nazirin iştirakı məcburi olacaq. 

“Bu, Nikol Paşinyanın özünün istəyidir. Parlament müxalifəti, əslində, onları maraqlandıran mövzularda baş naziri dindirmək imkanını itirib. Görüşün müddəti məhdud deyildi. Onların Paşinyana istənilən sualı vermək imkanı var idi”, - deyə komissiya rəhbəri qeyd edib.

Komissiyanın rəyində Nikol Paşinyanın məsuliyyətinin göstərilib-göstərilməyəcəyi ilə bağlı suala Köçəryan bildirib ki, bu sualın cavabı aparılan işlərin nəticələrinə əsasən veriləcək.

Xatırladaq ki, 44 günlük müharibənin şəraitini araşdırmaq üçün komissiyanın ilk iclasına “Mənim şərəfim var” və “Ermənistan” blokunun təmsil olunduğu parlament müxalifətinin nümayəndələri gəlsə də, tezliklə zalı tərk ediblər. Onlar faktiki olaraq komissiyanın iclasını boykot ediblər.

Bundan əvvəl “Ermənistan” və “Mənim şərəfim var” blokları Qarabağda 44 günlük müharibənin şəraitini araşdırmaq üzrə komissiyanın işində iştirakdan imtina edib.

Müxalifət bloklarının parlament fraksiyalarının birgə bəyanatında bildirilir ki, ölkə hakimiyyəti öz hərəkətlərini, səhvlərini və yanlış hesablamalarını obyektiv araşdıra bilməyəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO