Brent neftinin qiyməti 96 dolları ötdü - 2014-cü ildən bəri ilk dəfə

Brent neftinin qiyməti 96 dolları ötdü - 2014-cü ildən bəri ilk dəfə

Hazırda oxunan: Brent neftinin qiyməti 96 dolları ötdü - 2014-cü ildən bəri ilk dəfə

0:00
0:00
60023

Ticarət məlumatlarına görə, Brent markalı neftin qiyməti 2014-cü il oktyabrın 1-dən bəri ilk dəfə olaraq bir barel üçün 96 dolları ötüb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.

Mənbə qeyd edir ki, Bakı vaxtı ilə saat 05.06-a olan məlumata görə, bu markalı qara qızılın aprel fyuçerslərinin qiyməti təxminən 0,9 faiz artaraq bir barel üçün 96,02 dollara, WTI markalı neftin mart fyuçersləri isə 1,8 faizdən çox artaraq bir barelə görə 94,82 dollara çatıb.

Bundan əvvəl dünya bazarında neftlə bağlı vəziyyəti “Qazprom Neft”in rəhbəri Aleksandr Dyukov qiymətləndirib. Onun sözlərinə görə, bir barel üçün təxminən 90 dollar qiymətlər artıq böhrandan əvvəlki rəqəmlərdir.
"Müxtəlif amillər təsir edir: bazar, siyasət”, - Dyukov izah edib.

O vurğulayıb ki, belə bir vəziyyət istehsalçıları sevindirməyə bilməz, lakin layihələrin inkişafına sabit sərmayə qoyuluşu üçün qara qızıl bazarının sabitliyi hələ də daha vacibdir.

"Bizim uzunmüddətli sabitliyə ehtiyacımız var. Nə vaxtsa qiymətlərin çox yüksək olacağını başa düşsək, bu, investisiya qərarlarına təsir edəcək", - Dyukov yekunlaşdırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO