Cəlilabadda bu kəndlər işıqsız qaldı – SİYAHI 

Cəlilabadda bu kəndlər işıqsız qaldı – SİYAHI 

Hazırda oxunan: Cəlilabadda bu kəndlər işıqsız qaldı – SİYAHI 

60013

Cəlilabadın kəndləri işıqsız qalıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, dünəndən başlayan güclü külək səbəbindən Cəlilabad rayonunun üç kəndinə elektrik verilişi kəsilib. 

35-10kv-luq xətlərdə açılmalar səbəbindən hazırda Dastanlı, Kötüklü və Mikayıllı kəndlərində işıqlar yanmır.

Xatırladaq ki, cənub rayonlarında güclü külək dünən axşam saat 18-dən sonra başlayıb. 

Əldə etdiyimiz məlumatlara görə,  müxtəlif saatlarda külək Lerik, Yardımlı, Masallı, Biləsuvar və  Cəlilabad rayonlarında şiddətlənib. 

Masallı ərazisində, Lerik  rayonunun Şinqədulan, Yardımlının Arus, Biləsuvarın İsmətli, Cəlilabadın Cəlair kəndlərində, xüsusilə də dağlıq ərazilərdə yerləşən kəndlərdə külək daha şiddətli əsib. Elektrik verilişlərində fasilələr yaranıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO