İrəvanda Paşinyana qarşı etirazlar davam edir. Etirazçılar onun istefasını tələb edirlər.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, Baş nazirin istefasını tələb edənlər indi də Ermənistan Ədliyyə Nazirliyinin qarşısına toplaşıblar. Polis binaya girişi bağlayıb.
Qeyd edək ki, bu gün İrəvanda etirazlar “Respublika Meydanı”ndan start götürüb. Nümayiş Baş Prokurorluğun binasının qarşısında da keçirilib.
Xatırladaq ki, Ermənistan müxalifəti Paşinyanı Qarabağ savaşındakı məğlubiyyətdə günahlandırır.
Bizim.Media