AFFA “Qəbələ”ni cəzalandırdı

AFFA “Qəbələ”ni cəzalandırdı

Hazırda oxunan: AFFA “Qəbələ”ni cəzalandırdı

5979

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub.

Premyer Liqanın 12-ci turunun “Qəbələ” – “Qarabağ” görüşündə oyun öncəsi yanğından mühafizə xidməti nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub.

“Qəbələ” klubunun 10 nömrəli futbolçusu Rövlan Muradov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

Birinci Divizionun 11-ci turunun MOİK – “Neftçi-2” oyununda MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO