Azərbaycanın 10 universiteti dünya reytinqində - ADLAR

Azərbaycanın 10 universiteti dünya reytinqində - ADLAR

Hazırda oxunan: Azərbaycanın 10 universiteti dünya reytinqində - ADLAR

59685

30 mindən çox universiteti əhatə edən “Webometrics” Reytinqi 2022-ci il üçün reytinq göstəricilərini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, siyahıda ən yüksək reytinqli Azərbaycan universiteti Bakı Dövlət Universiteti olub. BDU siyahıda 3319-cu pillədədir. 

Siyahıda Azərbaycan İqtisad Universiteti (4077), Xəzər Universiteti (4254), Azərbaycan Diplomatiya Akademiyası (4696), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (5130), Azərbaycan Tibb Universiteti (6961), Bakı Mühəndislik Universiteti (7418), Azərbaycan Texnologiya Universiteti (8359), Gəncə Dövlət Universiteti (9284) və Azərbaycan Dövlət Pedaqoji Universiteti (9393) də yer alıb. 

Qeyd edək ki, cədvəldə bir sıra səhvlər də gözdən qaçmayıb.

Belə ki, Naxçıvan Dövlət Universiteti reytinqdə 2 dəfə, Mingəçevir Dövlət Universiteti 7 il əvvəlki adı “Mingəçevir Politexnik İnstitut” adı ilə və ali təhsil müəssisəsi olmayan Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ali təhsil müəssisəsi kimi yer alıb. 

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO