Gəncədə polis 2 nəfəri saxladı – SƏBƏB - FOTO

Gəncədə polis 2 nəfəri saxladı – SƏBƏB - FOTO

Hazırda oxunan: Gəncədə polis 2 nəfəri saxladı – SƏBƏB - FOTO

59473

Gəncə Şəhər Baş Polis İdarəsi Kəpəz rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Elnur Məmmədov saxlanılıb. 

Bizim.Media-nın yeli bürosunun məlumatına görə, Polis İdarəsində onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “tiryək” aşkar edilib.

Baş İdarənin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə qanunsuz olaraq narkotik maddə olan “marixuana” əldə edib saxlmaqda şübhəli bilinən şəhər sakini Ramil Məmmədov saxlanılıb.

Onun əlindəki çantaya baxış keçirilən zaman çəkisi 1 kq 790 qram narkotik vasitə olan “marixuana” aşkar olunub.

Saxlanılan şəxslər maddi sübutlar ilə birlikdə istintaqa təhvil verilib. Faktlara bağlı araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO