Paşinyan Qarabağ ermənilərini adam saymır – Müharibə ilə bağlı çıxışlarından FAKTLAR

Paşinyan Qarabağ ermənilərini adam saymır – Müharibə ilə bağlı çıxışlarından FAKTLAR

Hazırda oxunan: Paşinyan Qarabağ ermənilərini adam saymır – Müharibə ilə bağlı çıxışlarından FAKTLAR

59471

Xəbər verdiyimiz kimi, Ermənistan Baş naziri Nikol Paşinyan fevralın 9-da jurnalistlərə verdiyi açıqlamasında ölkəsinin 44 günlük müharibədə itkiləri ilə bağlı daha bir açıqlama verib.

Belə ki, Paşinyan Vətən Müharibəsində Ermənistan ordusundan 3812 nəfərin həlak olduğunu bildirib.

Əsas sual doğruran məqam isə, İrəvan rəsmilərinin savaş itkilərindən danışarkən “Ermənistan ordusu” ifadəsindən istifadə etməsidir.

Amma Ermənistan rəsmiləri çıxışlarında Qarabağa aid quldur dəstələrindən 44 günlük müharibə zamanı nə qədər erməninin gəbərdiyi haqqında heç bir məlumat vermirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağ erməniləri İrəvanda etiraza qalxdılar – FOTO


Mövzu ilə bağlı Bizim.Media-ya danışan hərbi ekspert Ədalət Verdiyevin fikrincə, rəsmi İrəvan rəqəmləri manipulyasiya etmək üçün müxtəlif variantlara əl atıb: 

“Ermənistan həm aprel döyüşlərində, həm də Vətən Müharibəsində itkilərini davamlı olaraq real rəqəmlərdən az göstərməyə cəhd edib. Bəzən isə separatçı qurumun itkilərilə Ermənistan ordusunun itkilərini bir-birindən ayırmaqla buna nail də olublar”.

Ekspertin sözlərinə görə, digər ölkələrdən muzdlu şəkildə döyüşlərə cəlb olunmuş və məhv edilmiş terrorçular da Ermənistanın ümumi itkiləri siyahısına daxil edilmir.

“Hazırda Paşinyanın səsləndirdiyi rəqəmin doğru olmadığını isbat edəcək sənədlər əlimizdə yoxdur. Lakin qeyd etmək yerinə düşər ki, bu rəqəmlərə həm də digər ölkələrdən bəlli bir muzd qarşılığında müharibəyə cəlb edilən və Ermənistan tərəfindən döyüşlərdə iştirak edənlərin daxil edilmədiyi də şübhəsizdir.

Ümumi itkilərin sayının 5-7 min arasında olduğunu erməni müxalifəti də iddia edib. Biz də dəfələrlə səsləndirmişik ki, Azərbaycan ordusunun tətbiq etdiyi atəş zərbələrinin vizual görüntüləri belə, bu itkilərin 3812-dən daha çox olacağını ehtimal etməyə əsas verir”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO