Zakir Həsənov Ümumqoşun Təlim Mərkəzində müvafiq tapşırıqlar verdi – FOTO-VİDEO

Zakir Həsənov Ümumqoşun Təlim Mərkəzində müvafiq tapşırıqlar verdi – FOTO-VİDEO

Hazırda oxunan: Zakir Həsənov Ümumqoşun Təlim Mərkəzində müvafiq tapşırıqlar verdi – FOTO-VİDEO

59455

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması və bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Quru Qoşunlarının Ümumqoşun Təlim Mərkəzində olub.
 

MÖVZU İLƏ BAĞLI:

Zakir Həsənov azad edilən ərazilərə getdi - Orduya yeni TAPŞIRIQLAR verdi - FOTO/VİDEO


Nazirliyin rəhbər heyəti yeni inşa edilən qərargah binası ilə tanış olub.

Bildirilib ki, mərkəzin qərargah binası müasir səviyyədə inşa olunub. Binada hərbi qulluqçular üçün sinif, inzibati və xidməti iş otaqları mövcuddur. Bütün otaqlar zəruri mebel və avadanlıqlar, o cümlədən əyani təbliğat vasitələri ilə tam təchiz edilib. Binada mərkəzləşdirilmiş istilik sistemi, işıq, su və kommunikasiya xətləri çəkilib. Ərazidə abadlıq işləri aparılıb.

Daha sonra general-polkovnik Z.Həsənov mərkəzdə hərbçilər üçün yeni inşa edilən əsgər yataqxanasının açılışında iştirak edib. Yeni tikilən binada silah, ideoloji, məişət, dəftərxana və digər otaqlar zəruri avadanlıqla təchiz olunub.

Yataqxanada şəxsi heyətin qalması, istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb.

Müdafiə naziri Vətən müharibəsində qazanılan təcrübənin tətbiq edilməsi ilə müasir təlim-məşq üsullarının öyrənilməsi, onların döyüş hazırlığında tətbiqi və mövcud şəraitə uyğunlaşdırılaraq icra olunması ilə bağlı müvafiq tapşırıqlar verib.

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO