Co Bayden COVID-19 peyvəndi vurdurub.
Bizim.Media xəbər verir ki, yeni seçilmiş prezident dövlətin bir neçə yüksək çinli məmurlarından - vitse-prezident Mayk Pens və baş cərrah Cerom Adamsdan sonra bu addımı atıb.
Bayden peyvəndin ilk dozasını bazar ertəsi Delaverdəki “ChristianaCare” xəstəxanasında tədbir zamanı kameralar qarşısında alıb. Moderna peyvəndi ABŞ-ın bir neçə əyalətində istifadəyə verilib.
Bayden "İnsanların peyvəndin tam təhlükəsiz olduğunu görmələri üçün bu addımı atdım. Narahat olacaq bir şey yoxdur. İkinci vaksinləşməni səbirsizliklə gözləyirəm”,- deyə vurğulayıb.
Xatırladaq ki, dövlət məmurları amerikalıları peyvəndin təhlükəsizliyinə inandırmaq üçün bir kampaniya başladıblar.
Vüsalə Balayeva, Bizim.Media