AZAL-dan Naxçıvana bilet almaq istəyənlərə XƏBƏRDARLIQ

AZAL-dan Naxçıvana bilet almaq istəyənlərə XƏBƏRDARLIQ

Hazırda oxunan: AZAL-dan Naxçıvana bilet almaq istəyənlərə XƏBƏRDARLIQ

59360

Sosial şəbəkələrdə müxtəlif turizm agentliklərinin Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabilet satması barədə məlumatlar yayılır.

Bizim.Media xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) sərnişinlərə müraciətində bildirilir.

"Xatırladırıq ki, fırıldaqçılığın qarşısının alınması məqsədilə bu marşrut üzrə bütün biletlər üç yolla əldə edilə bilər:

- Aviaşirkətin www.azal.az rəsmi saytı vasitəsilə;

- Aviaşirkətin Bakı şəhərində (Nizami küçəsi, 126A), eyni zamanda Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərində yerləşən mərkəzi satış ofisinə yaxınlaşmaqla;

- Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən satış ofislərinə yaxınlaşmaqla.

Əks təqdirdə alıcılar fırıldaqçılığın qurbanı ola bilərlər.

Həmin istiqamət üzrə aviabiletin dəyərini Tarif (Qiymət) Şurası müəyyən edib və vətəndaşlar üçün bir istiqamətdə 50 manat, xarici vətəndaşlar üçün bir istiqamətdə 70 manat təşkil edir. 12 yaşınadək uşaqlar, tələbələr və I və II qrup əlillər üçün 40 manat güzəşt tətbiq olunur, iki yaşadək uşaqlar üçün aviabilet ödənişsizdir.

AZAL turizm şirkətləri və yaxud fərdi şəxslərin yol verdiyi bu cür hərəkətlərin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququna malikdir", - deyə aviaşirkət bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO