Şabran qəzasında ölənlərin sayı 2-yə çatdı – Hadisə yerindən FOTOLAR

Şabran qəzasında ölənlərin sayı 2-yə çatdı – Hadisə yerindən FOTOLAR

Hazırda oxunan: Şabran qəzasında ölənlərin sayı 2-yə çatdı – Hadisə yerindən FOTOLAR

59341

Gəndab-Yalama yolunun 1-ci km-də baş verən zəncirvari qəzada ölənlərin sayı 2-yə çatıb.

Bizim.Media xəbər verir ki, bunlar Xaçmazın Köhnə Xaçmaz kənd sakinləri - 62 yaşlı Əli Babayev, 8 yaşlı Həqiqət Quliyevadır.

Daha 3 yaralı - Xaçmaz sakinləri Səlminaz Babayeva, Tural Nuriyev və Akif Quliyev Xaçmaz rayon mərkəzi xəstəxanasına, Şabranın Gəndab sakini, 62 yaşlı Zəbişah Əfəndiyev isə Şabran rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

*** 14:06

Şabranda, Gəndab-Yalama yolunun 1-ci km-də ölümlə nəticələnən yol qəzası qeydə alınıb. Hərəkətdə olan "Volvo" markalı yük avtomaşını qarşıdan gələn "Opel"," VAZ-2106", "VAZ-21014" markalı avtomobillərlə toqquşub.

Bizim.Media xəbər verir ki, yük maşını  toqquşmadan sonra aşıb. Nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Hazırda Xaçmaz və Şabran xəstəxanalarında yaralılara tibbi yardımlar göstərilir. Qəzada ölən və yaralıların hansı avtomobildə olması dəqiqləşdirilir. Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb.

Hadisə yerinə DİN-in İstintaq və Təhqiqat şöbəsinin əməkdaşları çağırılıb. Qəzanın səbəbi barədə hələlik açıqlama verilmir.

Aytəkin Alxaslı, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO