Baş Prokurorluqdan “Tərtər işi”ndə işgəncəyə məruz qalan şəxslərə MÜRACİƏT - VİDEO

Baş Prokurorluqdan “Tərtər işi”ndə işgəncəyə məruz qalan şəxslərə MÜRACİƏT - VİDEO

Hazırda oxunan: Baş Prokurorluqdan “Tərtər işi”ndə işgəncəyə məruz qalan şəxslərə MÜRACİƏT - VİDEO

59332

Baş Prokurorluq “Tərtər işi”ndə işgəncəyə, fiziki və ya psixi təsirə, digər qanunsuzluqlara məruz qalan şəxslərə müraciət edib.

Bu barədə informasiyanı Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat Xidməti verib.

“2017-ci ilin may-iyun aylarında dövlətə xəyanət faktlarının araşdırılması ilə əlaqədar işgəncəyə, fiziki və ya psixi təsirə, digər qanunsuzluqlara məruz qalan, habelə qanunsuz olaraq azadlıqdan məhrum edilən, lakin zərərçəkmiş şəxs qismində tanınmayan şəxslərdən Baş Prokurorluğun “961” Çağrı Mərkəzi, habelə 012 361 16 47 nömrəli telefonla əlaqə saxlanılaraq dindirilmələrindən ötrü istintaqa gəlmələri xahiş olunur”, - məlumatda deyilir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO