ATU-nun rektoru istefaya gedəcəkmi? - Yayılan görüntülər haqqında RƏSMİ AÇIQLAMA

ATU-nun rektoru istefaya gedəcəkmi? - Yayılan görüntülər haqqında RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: ATU-nun rektoru istefaya gedəcəkmi? - Yayılan görüntülər haqqında RƏSMİ AÇIQLAMA

59331

Bir neçə gün öncə sosial şəbəkələrdə Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanovun yeriyə bilmədiyini əks etdirən görüntülər media gündəmini zəbt etmişdi.

Belə ki, 72 yaşlı rektor universitetdən çıxarkən onun maşına otura bilməsi üçün 4 nəfər vargəl edir. 

Ölkədə pensiya yaşının tamam olmasına baxmayaraq hələ də vəzifədən getmək istəməyən vəzifəlilərimizin çoxluğunu nəzərə alsaq, Akif Süleymanovun bu vəziyyətdə səlahiyyətlərinə davam etməsi heç də təəccüb doğurmur. Ölkə prezidenti İlham Əliyev belə gəncləşdirmə siyasətinin mühimliyini diqqətə çatdırdığı bir vaxtda bu tendensiyanın davam etməsi müasir günümüzdə üzücü hal hesab olunur.

Bizim.Media məsələ ilə bağlı Azərbaycan Texnologiya Universitetinin mətbuat katibi Xəyalə Məmmədovadan mövqe alıb.

Onun sözlərinə görə, həmin görüntülər sentyabr ayında qeydə alınıb və hazırda rektorun səhhətində heç bir problem yoxdur: 

“Akif Süleymanov işinin başındadır. Hazırda rektorun səhhətində ciddi problem yoxdur. Universitetin bütün tədbirlərində özü iştirak edir. Bunu universitetin “Facebook” hesabında da görə bilərsiniz. Yayılan görüntülər isə yeni deyil, sentyabr ayında qeyd alınıb. O müddətdə rektor hipertoniyadan (təzyiq) əziyyət çəkirdi və işə bulletendən yenicə qayıtmışdı. Bilirsiniz ki, həmin vəziyyətdə baş gicəllənməsi olur kimlərinsə kömək etməsi qəbahət iş deyil. Bu xəstəlik də çox insanda rast gəlinir ciddi bir problem deyil. Əks təqdirdə rektor indi işinə davam edə bilməzdi”. 

Xəyalə Məmmədova həmçinin istefa məsələsinə də aydınlıq gətirib:
 

“Hipertoniya xəstəliyinə görə heç kim istefa vermir. Hazırda işinin başındadırsa niyə istefa verməlidir ki? İstefa üçün heç bir səbəb yoxdur”.


Qeyd edək ki, Akif Süleymanov 2013-cü ildən Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini icra edir.

Səkinə Yusibli, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO