Kiyev-Gəncə reysi üzrə uçuşlar bu tarixdən başlayacaq – Həftədə 2 uçuş 

Kiyev-Gəncə reysi üzrə uçuşlar bu tarixdən başlayacaq – Həftədə 2 uçuş 

Hazırda oxunan: Kiyev-Gəncə reysi üzrə uçuşlar bu tarixdən başlayacaq – Həftədə 2 uçuş 

59213

Ukraynanın "Bees Airline" aşağı büdcəli aviaşirkəti 25 mart tarixindən etibarən Kiyev-Gəncə-Kiyev reysi üzrə uçuşlara başlayacaq. 

Bizim.Media şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, bir istiqamətə biletin qiyməti 77 ABŞ dollarından başlayır.  

Sözügedən qiymətə əl yükü də daxildir. 

Xatırladaq ki, "Bees Airline" Ukrayna Dövlət Aviasiya Administrasiyasından Kiyevdən Gəncəyə həftədə iki dəfəyədək müntəzəm uçuşlar həyata keçirmək hüququ alıb. 
Kiyev-Gəncə marşrutu "Bees Airline" şəbəkəsində Azərbaycana ikinci reys olacaq. Belə ki, aviaşirkət artıq Gəncəyə Odessadan uçuşlar həyata keçirir və Kiyevdən uçuşlar başlayandan sonra bu marşrutu saxlamaq niyyətindədir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO