Teymur Rəcəbovun vəkil nənəsi vəfat etdi

Teymur Rəcəbovun vəkil nənəsi vəfat etdi

Hazırda oxunan: Teymur Rəcəbovun vəkil nənəsi vəfat etdi

59211

Azərbaycan Vəkillər Kollegiyasının (VK) üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun müdiri Eleonora Rəcəbova vəfat edib.

Bizim.Media xəbər verir ki, o, bu gün 89 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Rəcəbova Eleonora Viktorovna 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1989-cu ildə Bakı şəhəri 5 saylı hüquq məsləhətxanasının müdir müavini, 1994-cü ildə isə həmin məsləhətxananın müdiri təyin edilib.

VK Rəyasət Heyətinin 4 aprel 2018-ci il tarixli qərarı ilə E.Rəcəbova səmərəli fəaliyyəti, peşəkar təşkilatçılıq bacarığı və 85 illik yubileyi münasibətilə “Vəkillər Kollegiyasının fəxri hüquq doktoru” adına layiq görülüb.
Xatırladaq ki, E.Rəcəbova Azərbaycanın məşhur şahmatçısı Teymur Rəcəbovun nənəsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO