Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Dövlət Gömrük Komitəsinin 30 illik yubileyi münasibətilə yubiley medalı ilə təltif olunub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, ona Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin müvafiq əmri ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı verilib.
Medal DGK-nin Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Telman Mehdiyev tərəfindən təqdim edilib.
Niyazi Bayramov Azərbaycan gömrüyünün yaranmasının 30 illik yubileyi münasibətilə bu sahədə çalışanların peşə bayramını təbrik edib və işlərində uğurlar arzulayıb.
Məqsəd Rəhimov, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:39 / 08.02.2022
Səfər Mehdiyev Gəncə icra başçısına medal göndərdi - FOTO
Hazırda oxunan: Səfər Mehdiyev Gəncə icra başçısına medal göndərdi - FOTO
Hazırda oxunan: Səfər Mehdiyev Gəncə icra başçısına medal göndərdi - FOTO
0:00
0:00
59194
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.