İlham Əliyev “Yaşma” qovşaq yarımstansiyasının açılışında - FOTO/VİDEO

İlham Əliyev “Yaşma” qovşaq yarımstansiyasının açılışında - FOTO/VİDEO

Hazırda oxunan: İlham Əliyev “Yaşma” qovşaq yarımstansiyasının açılışında - FOTO/VİDEO

59157

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan dövlətlərarası strateji əhəmiyyətə malik 330/220/110/10 kilovoltluq "Yaşma" qovşaq yarımstansiyasının açılışında iştirak edib.

Bizim.Media Prezidentin Mətbuat Xidmətinə istinadən bildirir ki, "Azərenerji" ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Bildirib ki, "Sumqayıt", "Qobu", "Xaçmaz" elektrik stansiyaları ilə birbaşa, "Azərbaycan" İstilik Elektrik Stansiyası və "Cənub" Elektrik Stansiyası ilə isə "Abşeron" yarımstansiyası vasitəsilə əlaqələndirildiyindən çox mühüm strateji funksiyanı üzərinə götürən "Yaşma" qovşaq yarımstansiyasının "Qobu" Enerji Qovşağına, bu ilin yanvarında əsası qoyulan "Xızı-Abşeron" Külək Elektrik Stansiyası və tikintisinə başlanılacaq yeni "Yaşma" Elektrik Stansiyasının enerji sisteminə inteqrasiyasının həyata keçirilməsi üçün yeni yuvalar quraşdırılıb. 

Şimal-şərq rayonlarının və Abşeron yarımadasının enerji təchizatında müstəsna əhəmiyyət kəsb edən "Yaşma" yarımstansiyasında 330, 220 və 110 kilovoltluq açıq paylayıcı qurğular sökülərək genişləndirilmiş formada yenidən qurulub.
Burada hər birinin gücü 250 meqavat olan üç yeni avtotransformator quraşdırılıb. Nəticədə yarımstansiyanın ümumi gücü 110 meqavat artırılmaqla 750 meqavata çatdırılıb.

"Qobu" Elektrik Stansiyasından "Yaşma" yarımstansiyasına 47 kilometr məsafədə 330 kilovoltluq ötürmə xətti çəkilib.

Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO