Bərdədə narkotacir həbs edildi - Heroin, tiryək və marixuana...

Bərdədə narkotacir həbs edildi - Heroin, tiryək və marixuana...

Hazırda oxunan: Bərdədə narkotacir həbs edildi - Heroin, tiryək və marixuana...

59139

Bərdədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs həbs edilib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.

Daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 588 saylı qəsəbədə yaşayan Elvin Sadıqov saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman müxtəlif qablaşdırmalarda metamfetamin, heroin, tiryək və marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Sadıqov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO