Bakı-Sumqayıt yolunda avtomobil aşdı: Xəsarət alan var 

Bakı-Sumqayıt yolunda avtomobil aşdı: Xəsarət alan var 

Hazırda oxunan: Bakı-Sumqayıt yolunda avtomobil aşdı: Xəsarət alan var 

0:00
0:00
59112

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə şosenin Xırdalan şəhəri ərazisinə düşən hissəsində qeydə alınıb.

"Ford" markalı avtomobilin sürücüsü sükana nəzarəti itirərək nəqliyyat vasitəsini dəmir arakəsməyə çırpıb. Zərbə zamanı avtomobil aşıb. 

Qəza nəticəsində sürücü xəsarət alıb. Sürücü izahatında bildirib ki, onun avtomobilinə "Chevrolet" markalı avtomobil toxunub, məhz ona görə də minik vasitəsi aşıb. 

"Chevrolet"in sürücü isə hadisə yerindən uzaqlaşıb. Faktı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO