Lukaşenko: “Necə fikirləşirsiniz, Ermənistan kiməsə lazımdır? Azərbaycan isə ayrı söhbətdir”

Lukaşenko: “Necə fikirləşirsiniz, Ermənistan kiməsə lazımdır? Azərbaycan isə ayrı söhbətdir”

Hazırda oxunan: Lukaşenko: “Necə fikirləşirsiniz, Ermənistan kiməsə lazımdır? Azərbaycan isə ayrı söhbətdir”

0:00
0:00
59027

Keçmiş Sovet respublikalarının əksəriyyəti Belarus və Rusiya İttifaq Dövlətinə qoşula bilər. 

Bizim.Media İnterfaks agentliyinə istinadən xəbər verir ki, bu, Belarus prezidenti Aleksandr Lukaşenkonun fikridir.
 

"Belarus artıq oradadır. Hesab edirəm ki, Qazaxıstan üçün yaxşı dərs oldu. Əgər 15 il müddət qoyursunuzsa, əminəm ki, səhv etməsək, Ukrayna da orada olacaq... Ermənistanın getməyə yeri yoxdur.


Necə fikirləşirsiniz, onlar kiməsə lazımdır? Onlar bunu artıq gördülər. Azərbaycan bu siyahıdan çıxıb, çünki biz də çox səhvlər etmişik. Bu, ayrı söhbətdir. Təbii ki, Türkiyə orada Azərbaycanı çox ciddi dəstəkləyir. Qaz, neft Türkiyədən keçir... Türkmənistan, Özbəkistan və Tacikistan da zənnimcə, ilk növbədə iqtisadi zərurətə görə qoşulacaqlar”, - Belarus prezidenti əminliklə bildirib.

Onun sözlərinə görə, gələcəkdə İttifaq dövlətinin vahid valyutası ola bilər. 

"Bu, müstəqil dövlətlərin birliyi olacaq. Xeyr, müstəqil deyil - suveren. Müstəqillik nisbi anlayışdır. Əgər bütün qaz və neft Rusiyadan gəlirsə, mən necə müstəqil ola bilərəm", - Lukaşenko yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO