Azərbaycan Türkiyə-Ukrayna azad ticarət sazişinə qoşulacaqmı? - CAVAB

Azərbaycan Türkiyə-Ukrayna azad ticarət sazişinə qoşulacaqmı? - CAVAB

Hazırda oxunan: Azərbaycan Türkiyə-Ukrayna azad ticarət sazişinə qoşulacaqmı? - CAVAB

59014

Xəbər verdiyimiz kimi, fevralın 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya rəsmi səfəri baş tutub. Səfər çərçivəsində Türkiyə Prezidenti ilə ukraynalı həmkarı Vladimir Zelenski arasında müxtəlif sferaları əhatə edən 8 saziş imzalanıb.

Onlardan ən çox diqqət çəkəni isə azad ticarət haqqında saziş olub. Liderlər sazişlə bağlı açıqlamalarında, yeni müqavilənin tərəflər arasında iqtisadi sahədə əməkdaşlıq çərçivəsində nəzərdə tutulan hədəfləri gözləniləndən daha qısa müddətdə reallığa çevirəcəyi qeyd olunub.

Azərbaycan ictimaiyyəti arasında məsələ ilə bağlı əsas maraq doğuran nüans rəsmi Bakının da bu sazişə qoşulması ehtimalları ilə bağlıdır.

Həmin ehtimalları Bizim.Media üçün dəyərləndirən politoloq Fikrət Sadıxovun sözlərinə görə, Türkiyə liderindən öncə Prezident İlham Əliyevin Ukraynaya səfəri çərçivəsində bir sıra sazişlər imzalanıb:
 

MÖVZU İLƏ BAĞLI:

Avropa İttifaqı Azərbaycana 2 milyardlıq maliyyə paketi ayırdı


“Biz Türkiyə ilə dünya siyasətində bir mövqedən çıxış edirik. Təbii ki, Türkiyə bu addımı atırsa, bu, həm də bizim xeyrimizədir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycanın Ukrayna ilə də öz sazişləri var. Xüsusilə də, dövlət başçımızın Ukraynaya səfərindən sonra rəsmi Kiyevlə bir neçə saziş imzalanıb. Bu sazişlər əsasında bizim iqtisadi, ticarət, humanitar istiqamətlərdə münasibətlərimiz geniş şəkildə inkişaf edir”.

Politoloq əlavə edib ki, Azərbaycanın Ukrayna və Türkiyə ilə tərəfdaşlığı inkişaf etdirməsi tərəflərin maraqlarına cavab verir:

“Yəni həm ikitərəfli münasibətlər, həm Türkiyə-Ukrayna-Azərbaycan üçtərəfli münasibətlərinin inkişafı bizim xeyrimizədir. Eyni zamanda sözügedən əməkdaşlıq Ukraynanın da maraqlarına cavab verir”.

Murad Əhmədov, Bizim.Media    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO