Məşqçilər işləmək üşün Göygöl Olimpiya İdman Kompleksinə gəlmirlər – SƏBƏBİ AÇIQLANDI

Məşqçilər işləmək üşün Göygöl Olimpiya İdman Kompleksinə gəlmirlər – SƏBƏBİ AÇIQLANDI

Hazırda oxunan: Məşqçilər işləmək üşün Göygöl Olimpiya İdman Kompleksinə gəlmirlər – SƏBƏBİ AÇIQLANDI

58998

“Bu gün Göygöl Olimpiya İdman Kompleksində ən vacib problemlərdən biri müxtəlif idman növləri üzrə məşqçi çatışmamazlığıdır. Kompleksimizdə olimpiya idman növləri üzrə seksiyalarımız var. Çöx gözəl üzgüçülük hovuzumuz, hər şəraiti olan futbil meydançamız var. Amma məşqçilərimiz olmadığından bu sahədə çox əziyyət çəkirik”. 

Bu açıqlamanı Bizim.Media-nın yerli bürosuna müsahibəsində Göygöl Olimpiya İdman Kompleksinin direktor müavini Müzadil Həsənov verib. 

Onun sözlərinə görə, ən yaxşı halda məşqçiləri Gəncədən dəvət edirlər:

“Onlar da yolun uzaq olmasını əsas gətirərək burada işləmək istəmirlər. Bu vacib problemlə bağlı Göygöl Gənclər və İdman İdarəsi ilə məsləhətləşmələr aparmışıq. Kompleksimizdə çalışmaq üçün həm qadın, həm də kişi peşəkar məşqçilər çatışmır. Rayonda bu sahədə mütəxəssislər demək olar ki, yoxdur” deyə Həsənov əlavə edib.

Direktor müavini kompleksə kütləviliyin artırılmasının da vacib problem olduğunu vurğulayıb. 

Onun sözlərinə görə,  kompleks rayon mərkəzindən bir qədər aralıda yerləşir. Buna görə də uşaqların, yeniyetmələrin bura gəlib getməsi də çətindir:

“Bu məsələni həll etmək üçün aidiyyatı qurumlara nəqliyyat  xəttlərinin açılması və avtobuslarla təmin olunması üçün müraciət etmişik. Biz öz tərəfimizdən gənclər və yeniyetmələr arasında təbliğat işlərini aparırıq. Orta məktəblərdə görüşlər keçirir, gəncləri idmanla məşğul olmağa dəvət edirik. Bu günlərdə üzgüçülük hovuzunda “açıq qapı” günləri elan etmişik ki, yeniyetmələr qış ayında da hovuzlarda üzməyə maraqlı olsunlar. Amma dediyim kimi məşqçi və nəqliyyat problem bizə çətinliklər yaradır” deyə Müzadil Həsənov vurğulayıb. 
 

Direktor müavini kommunal xərclərin də çoxluğunun kompleks üçün böyük problemlər yaratdığını deyir. 


Onun fikrincə, işıq və qaz üçün qiymətlərin qaldırılması xərcləri xeyli artırıb:

“Qış aylarında buna görə çox çətinlik çəkirik. Soyuq aylarda kompleksə gələnlərin də sayı az olur. Xaricdə qış aylarında insanlar hovuzlara daha çox gedirlər. Bizdə isə ancaq isti aylarda maraq böyük olur. Amma çətinliklə də olsa kompleksi saxlayırıq” .

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO