Ərdoğan 2023-cü ildə Türkiyə prezidentliyinə namizəd olacaq

Ərdoğan 2023-cü ildə Türkiyə prezidentliyinə namizəd olacaq

Hazırda oxunan: Ərdoğan 2023-cü ildə Türkiyə prezidentliyinə namizəd olacaq

58970

Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ildə keçiriləcək prezident seçkilərində Xalq Alyansının namizədi olacaq.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Alyansın Milli Hərəkat Partiyasının başqanı Dövlət Baxçalı bildirib.

Ölkədə növbəti ümumi seçkilər - həm prezident, həm də parlament seçkiləri 2023-cü ilin iyununda Türkiyədə keçiriləcək.

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Milli Hərəkat Partiyası (MHP) bundan əvvəl Xalq Alyansı yaratmışdı.

"Star" qəzeti Baxçalıdan sitat gətirib: "Prezidentliyə namizədimiz bəllidir, bu Rəcəb Tayyib Ərdoğandır. 2023-cü ilin iyununda keçiriləcək seçkilərdə cənab Ərdoğanın böyük fərqlə qalib gələcəyinə, Xalq Alyansının da yeni qələbə qazanacağına inanıram" .

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO