Ronald Reyqanın oğlu: III Dünya Müharibəsi artıq başlayıb

Ronald Reyqanın oğlu: III Dünya Müharibəsi artıq başlayıb

Hazırda oxunan: Ronald Reyqanın oğlu: III Dünya Müharibəsi artıq başlayıb

0:00
0:00
58928

Prezident Vladimir Putinin Ukraynada nələr edəcəyi ilə bağlı bütün dünyanın gözü Rusiyaya çevrilib. 

Bizim.Media xəbər verir ki, bu haqda sabiq prezident Ronald Reyqanın oğlu, siyasi şərhçi Maykl Reyqan “Daily Freeman” qəzetinə yazdığı məqaləsində yazıb.

Onun sözlərinə görə, adi amerikalılar Ukraynanın işğal olunub-olunmayacağını bilmirlər:

“Heç prezident Co Baydenin administrasiyası da bunu bilmir. Moskva Ukrayna ilə sərhədə 130 minə yaxın hərbçi yerləşdirib, buna cavab olaraq Vaşinqton Şərqi Avropaya qoşun yeridib”.

Reyqanın fikrincə, cəsarətli və ağıllı lider 1980-ci illərdə olduğu kimi Rusiyanı 72 saat ərzində qoşunlarını Ukrayna sərhədindən çıxarmasa, məhv etməklə hədələyərdi:

“Xüsusilə, Vaşinqton “Şimal axını” qaz kəmərini bağlaya və onun Rusiyadan Almaniyaya buraxılmasına mane ola bilər. Bundan əlavə, ABŞ dünyanı ucuz enerji ilə dolduraraq Keystone boru kəmərini yenidən aça bilər”.

Məqalə müəllifi hesab edir ki, Bayden keçən il “Şimal axını 2”nin tamamlanmasına “icazə verməklə” Putinə yaşıl işıq yandırıb və indi o, Keystoneni yenidən açmaqla səhvini düzəltməlidir.

Reyqan qeyd edib ki,  ABŞ-da çoxları Rusiyanın hələ də Ukrayna üçün hərbi təhlükə yaratdığına inanır:

“Bununla belə, Rusiyanın ÜDM-i Kanadanınkından kiçikdir və onun Qərbə lazım olan neft, təbii qaz və bəlkə də kürüdən başqa heç nəyi yoxdur”. 

Rusiyanın böyük və hətta kiçik müharibəyə xərcləməyə vəsaiti yoxdur, lakin Çin var:

“Bütün ABŞ iqtisadiyyatı məhz “Çin və onun fabriklərindən” asılı qalıb”.

Reyqan Çinin ixrac etdiyi ən təhlükəli məhsulu COVID-19 adlandırır. Çindən təxminən 1 milyon amerikalının ölümünə səbəb olan ölümcül virus yayılır və sonra ölkə ABŞ-a amerikalıların virusa yoluxmadığını göstərən çoxlu sınaq dəstləri satır. 

Bu arada əsrin dörddə birində Asiya və bütün dünyada hərbi qüdrətini artıran, təsirini genişləndirən Rusiya deyil, Çindir. 

“Üçüncü Dünya Müharibəsi onilliklər əvvəl başlayıb. Orda biz Rusiyaya qarşı deyil, Çinə qarşıyıq və biz uduzuruq”, - Reyqan məqaləsində yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO