Ermənistan ordusunda nə baş verir? –  Öz postundan yoxa çıxan 2 əsgərin ölüsü-dirisi tapılmır

Ermənistan ordusunda nə baş verir? –  Öz postundan yoxa çıxan 2 əsgərin ölüsü-dirisi tapılmır

Hazırda oxunan: Ermənistan ordusunda nə baş verir? –  Öz postundan yoxa çıxan 2 əsgərin ölüsü-dirisi tapılmır

58913

Xəbər verdiyimiz kimi, ötən il noyabrın 12-də Naxçıvanla sərhəddə erməni hərbçi Vaqe Manukyan qeyri-müəyyən şəraitdə öz postundan yoxa çıxıb və gedəndə silahı özü ilə aparmayıb.

Bizim.Media xəbər verir ki, “Yerevan Today” saytının çəkiliş qrupu bu gün Ermənistanın Vayots Dzor vilayətinin Qladzor icmasına baş çəkib. 

Bəlli olub ki, burada itkin düşən müqaviləli hərbçi, 33 yaşlı Vaqe Manukyanın ailəsi ifrat yoxsulluq şəraitində yaşayır.

Vaqe Manukyan 2021-ci il noyabrın 12-dən axtarışda olub, həyat yoldaşı ilə telefon danışığı zamanı hərbçi postdan yoxa çıxıb, 10 gün sonra mövqeyini icazəsiz tərk etməsi ittihamı ilə onun haqda cinayət işi açılıb. 

Müəyyənləşib ki, Vaqe bir neçə gün öncə xidmət müddətini uzatmaq üçün Müdafiə Nazirliyinə ərizə yazıb.

Hazırda onun harada olması heç kəsə bəlli deyil. 

Eyni mövqedə daha bir əsgər, 19 yaşlı Narek Mkrtçyan da itkin düşüb. Onun barəsində də eyni əsasda cinayət işi başlanıb. Uzun müddət davam edən istintaq zamanı Narekin cinayət işində heç bir şübhəli və digər təqsirləndirilən şəxslər iştirak etməyib, ittiham yalnız itkin düşən hərbçiyə qarşı irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO