Cəlilabaddakı bıçaqlanma ilə bağlı TƏFƏRRÜAT – VİDEO

Cəlilabaddakı bıçaqlanma ilə bağlı TƏFƏRRÜAT – VİDEO

Hazırda oxunan: Cəlilabaddakı bıçaqlanma ilə bağlı TƏFƏRRÜAT – VİDEO

588519

Bayram günü gənclər arasında yaranan mübahisə faciə ilə nəticələnib.
 

MÖVZU İLƏ BAĞLI: 

Cəlilabadda bıçaqlanma: Yeniyetmə yaralandı


Bizim.Media-nın əldə etdiyi məlumata görə, əhalinin kütləvi şəkildə bayram gəzintisinə çıxdığı, insanların istirahət etdiyi məkanda — Cəlilabad rayonunun mərkəzində yerləşən Heydər Əliyev seyrəngahında qanlı hadisə baş verib.

Şahidlərin bildirdiyinə görə, gənclər arasında başlayan sözlü mübahisə qısa zamanda nəzarətdən çıxaraq bıçaqlanma ilə nəticələnib.

Hadisə zamanı Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 2009-cu il təvəllüdlü Əsgərli Məhəmməd Ruslan oğlu bıçaq xəsarətləri alıb.

Yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın növbətçi həkimi Elçin Əlizadənin sözlərinə görə, yaralıya dərhal tibbi yardım göstərilib.

 

“Bayram günü baş verən insidentlə bağlı xəstə təcili tibbi yardım şöbəsinə daxil olub. Ona dərhal ilkin tibbi yardım göstərilib və cərrahi əməliyyat aparılıb. Hazırda vəziyyəti stabildir.”


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO