"Qalatasaray"ın yarımmüdafiəçisi Berkan Kutlu komandadan ayrılmağa hazırlaşır.
Bizim.Media xəbər verir ki, "HT Spor"un məlumatına görə, bu mövsüm İstanbul klubunda istədiyi şansı qazana bilməyən və cəmi 9 oyunda 62 dəqiqə meydanda olan 27 yaşlı futbolçu "Konyaspor"la razılığa gəlib.
Çağdaş Atanın rəhbərlik etdiyi komanda ilə ilkin razılıq əldə edən oyunçunun transferinin qısa müddətdə rəsmiləşəcəyi bildirilir.
Xatırladaq ki, daha öncə "Qalatasaray" rəsmisi Abdullah Kavukcu Berkanla bağlı açıqlama vermişdi:
"Yusuf Demirlə vidalaşırıq. Eyni şəkildə Berkan Kutlu ilə də danışdıq. Burası Berkanın evidir, baş məşqçimiz onu çox sevir. Amma təəssüf ki, bu mövsüm az şans qazanıb. Onu Türkiyədən istəyən klublar var. Mövsümün əvvəlində "Espanyol"dan 500 min avroluq təklif almışdıq, lakin onu qəbul etmədik".
Bizim.Media































































































