TƏBİB sosial şəbəkələrdə quruma məxsus olduğu iddia edilən koronavirus xəstələri üçün nəzərdə tutulmuş dərman paketlərinin apteklərdə satılması barədə paylaşılan forolara aydınlıq gətirib.
Bizim.Media-ya xəbər verir ki, TƏBİB sözügedən paketlərin quruma aid olmadığını bildirib.
“İki gündür davam edən araşdırmalarımız nəticəsində isə məlum oldu ki, bəzi apteklərdə satışa çıxarılan həmin dərman paketləri “Avromed Company” MMC-nin şəxsi təşəbbüsü ilə hazırlanıb.
Lakin paketlərin hazırlanması zamanı anbar əməkdaşları tərəfindən yanlışlığa yol verilib. Şirkət əməkdaşı paketləmə zamanı yanlışlıqla dərman paketinin içərisinə “Avromed Company” MMC-nin deyil, anbarda nümunə üçün hazırlanmış TƏBİB-ə məxsus fleyerləri yerləşdirib. Problem ortaya çıxan kimi həmin dərman paketləri apteklərdən geri çağırılıb.
Bir daha nəzərinizə çatdırırıq ki, TƏBİB Abşeron rayonu və Sumqayıt şəhəri daxil olmaqla, ölkəmizin digər rayonlarında koronavirus xəstələrinin stasionar və ambulator müalicəsi ilə məşğul olur. Bu ərazilərdə evdə müalicə alan koronavirus xəstələrinə tamamilə ödənişsiz, dövlət hesabına dərman paketləri verilir.
Həmin paketlərin verilməsindən imtina edildiyi təqdirdə, xahiş edirik ki, TƏBİB-in 24 saat fəaliyyət göstərən 1542 nömrəli qaynar xəttinə və ya +99451513-1542 nömrəsinə məlumat verəsiniz”,- deyə məlumatda qeyd edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:38 / 21.12.2020
''Avromed-in təşəbbüsüdür'' - TƏBİB-dən dərman paketlərinin aptekdə satılmasına reaksiya
Hazırda oxunan: ''Avromed-in təşəbbüsüdür'' - TƏBİB-dən dərman paketlərinin aptekdə satılmasına reaksiya
Hazırda oxunan: ''Avromed-in təşəbbüsüdür'' - TƏBİB-dən dərman paketlərinin aptekdə satılmasına reaksiya
5881
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.