Azər Əliyev Pekində atletlər kəndini ziyarət etdi - FOTO

Azər Əliyev Pekində atletlər kəndini ziyarət etdi - FOTO

Hazırda oxunan: Azər Əliyev Pekində atletlər kəndini ziyarət etdi - FOTO

58784

Pekin-2022 Qış Olimpiya Oyunları üçün Çində səfərdə olan Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev atletlər kəndini ziyarət edib.

Bizim.Media-nın məlumatına görə, MOK rəsmisi səfər zamanı idmançıların şəraiti ilə tanış olub.

Qeyd edək ki, Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edir. Yarışda fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova qüvvəsini sınayacaq.

Komandanın bayraqdarı olan Litvintsev fevralın 8-i və 10-da buz üzərinə çıxacaq. Fevralın 15-i və 17-də isə Ryabova məharətini sərgiləyəcək. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO