Son günlər ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edildiyi nəzərə alınaraq Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşü müvəqqəti qadağan olunub.
Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən bildirilib.
MÖVZU İLƏ BAĞLI
Müdafiə Nazirliyindən sosial şəbəkələrdə yayılan vətəndaş müraciətinə CAVAB
"Hərbi qulluqçuların sağlamlığının qorunması və xəstəliyə yoluxma riskinin qarşısının alınması məqsədilə əsgər valideynləri və yaxınlarına hərbi hissələrə gəlməməyi, xüsusi ilə də fevralın 6-da keçirilməsi planlaşdırılan andiçmə mərasimlərində iştirak etməməyi tövsiyə edirik.
Vətəndaşlarımızı ordumuzda tətbiq olunan tibbi təminat tədbirlərini anlayışla qarşılamağa və karantin qaydalarına ciddi riayət etməyə çağırırıq", - nazirlikdən qeyd olunub.
Bizim.Media