Ərəb Əmirlikləri və Bəhreyndən uğurlu KOSMİK LAYİHƏ - Orbitə peyk göndərdilər

Ərəb Əmirlikləri və Bəhreyndən uğurlu KOSMİK LAYİHƏ - Orbitə peyk göndərdilər

Hazırda oxunan: Ərəb Əmirlikləri və Bəhreyndən uğurlu KOSMİK LAYİHƏ - Orbitə peyk göndərdilər

58724

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynin ilk birgə kosmik layihəsi uğurla həyata keçirilib.

Bizim.Media xəbər verir ki, bu iki ərəb ölkəsinin “The Light-1 CubeSat” nano peyki Yaponiyanın Tsukuba Kosmos Mərkəzi ilə əməkdaşlıq şəraitində orbitə buraxılıb.

Nano peyk atmosferə, hava nəqliyyatına və insan sağlamlığına təsir edən yerüstü qamma şüaların monitorinqi üzrə ilk elmi missiyanı həyata keçirəcək. Onun Yerə göndərəcəyi nəticələr BƏƏ-nin Xəlifə Universiteti və Əbu-Dabidəki Nyu-York Universitetində tədqiq ediləcək.

BƏƏ Kosmik Agentliyinin baş direktoru Salim Butti əl-Qubasi jurnalistlərə müsahibəsində bildirib ki, onun ölkəsi Mars missiyasını həyata keçirməklə yanaşı, bu yaxınlarda Beynəlxalq Kosmik Stansiyaya ilk ərəb astronavtını göndərəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO