Ceyhun Bayramov: \

Ceyhun Bayramov: \"Bu il Avropa İttifaqı ilə Azərbaycan arasında saziş imzalana bilər\"

Hazırda oxunan: Ceyhun Bayramov: \"Bu il Avropa İttifaqı ilə Azərbaycan arasında saziş imzalana bilər\"

58688

“Avropa İttifaqı Qərbi Balkan ölkələri üçün Azərbaycandan əlavə qaz həcmi əldə etməkdə maraqlıdır”.

Bizim.Media xəbər verir ki, bunu bu gün Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə görüşdən sonra keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan daha bir nəhəng enerji layihəsinə qoşula bilər - PREZİDENT AÇIQLADI


C. Bayramov deyib ki, Aİ-nin iki komissarının Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında iştirakı da Azərbaycana verilən önəmi göstərir:

“Aİ ilə yeni sazişlə bağlı danışıqlarda 2020ci ildə pandemiya ilə əlaqədar fasilə olmuşda, 2021-ci iliny ayından danışıqlar aktivləşib. Azərbaycan Aİ ilə ticarətlə bağlı mövqeyini çatdırıb, bir neçə gün əvvəl Aİ Azərbaycanın təklifləri ilə bağlı mövqeyini çatdırdı. Hesab edirik ki, 2022-ci ildə Aİ ilə Azərbaycan arasında hərtərəfli sazişin imzalanmasına nail olmaq mümkündür”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO