Rejissor Şamil Əliyevin “Yaradanlar” (“CREATORS”) bədii-sənədli filmi Amerika, İspaniya, Rusiya, BƏƏ və Hindistanın müxtəlif beynəlxalq kinofestivallarında 5 dəfə mükafata layiq görülüb.
Bizim.Media xəbər verir ki, “Yaradanlar” bədii-sənədli filmi dahi memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda XX əsrdə kommunist ideologiyasının Azərbaycan mədəni irsinə, əxlaqına vurduğu amansız zərbənin araşdırılmasından bəhs edir.
1937-ci il repressiyasında onların qohumlarından olan ziyalıların əksəriyyəti məhv edilib.
Mikayıl Hüseynov və Sadıq Dadaşov ömürlərinin bir hissəsini qorxu və mənəvi sıxıntılarla yaşamağa məcbur olublar.
Filmdə o da diqqətə çatdırılır ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ziyalıları rejimin təqiblərindən qoruyaraq onların yaşayıb-yaratması üçün qayğısını əsirgəməyib.
COVID-19 pandemiyası ilə əlaqədar müsabiqələrin nəticəsi onlayn formatda elan olunub.
Qeyd edək ki, “Yaradanlar” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnamə” studiyasında 2020-ci ildə istehsal olunub.
Filmin ideya müəllifi Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri, Beynəlxalq Memarlar İttifaqının üzvü, professor Elbay Qasımzadə, ssenari müəllifi Xalq yazıçısı Natiq Rəsulzadə, operatoru Rüfət Süleymanov, bəstəkarı Azər Əsgərov, rəssamı Lalə Hüseynzadə, prodüseri Nazim Hüseynovdur.
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
10:50 / 04.02.2022
Azərbaycanlı rejissorun bu filmi 5 ölkədə 5 mükafata layiq görüldü - FOTO
Hazırda oxunan: Azərbaycanlı rejissorun bu filmi 5 ölkədə 5 mükafata layiq görüldü - FOTO
Hazırda oxunan: Azərbaycanlı rejissorun bu filmi 5 ölkədə 5 mükafata layiq görüldü - FOTO
58590
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.