Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva beynəlxalq ictimaiyyətə çağırış edib.
Bizim.Media xəbər verir ki, o, Ermənistan silahlı qüvvələri tərəfindən 2020-ci il 27 sentyabr tarixindən başlayaraq Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrinin, sosial, tarixi və mədəni, strateji əhəmiyyətli obyektlərin ağır artilleriya qurğularından və qadağan olunmuş silahlardan atəşə tutulması nəticəsində həmin yerlərə ciddi ziyan dəydiyini, çoxsaylı insan tələfatı və yaralanma hallarının baş verdiyini deyib.
MÖVZU İLƏ BAĞLI:
Ombudsmandan gənclərə TƏBRİK: “Şanlı tarix yazdılar”
“Məlumdur ki, 2020-ci il 6 oktyabr tarixində gecə saatlarında münaqişə zonasından uzaqda yerləşən, mülki əhalinin sıx yaşadığı Yevlax rayonu ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri də kaset tipli raket zərbələrinə məruz qalmışdır.
Təəssüflə bildiririk ki, 2022-ci il 1 fevral tarixində gecə saatlarında Yevlax rayonu ərazisində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan 1996-cı il təvəllüdlü İsmayıl Mikayılov məhz kasetli bombanın partlaması və çoxsaylı qəlpə yarası alması nəticəsində həyatını itirmişdir.
Hərbi əməliyyatlar zamanı Ermənistan tərəfindən törədilmiş çoxsaylı müharibə cinayətlərinin acı nəticələrini mülki əhali hələ də yaşamaqdadır.
Ermənistanın partlamamış silahlarla, mina və müharibənin partlayıcı qalıqları ilə çirklənmiş ərazilərin tam və dəqiq xəritələrini verməkdən imtina etməsi isə daha çox tələfata səbəb olmaqla, insan hüquqlarına ciddi təhdid olaraq qalır.
Bu baxımdan beynəlxalq təşkilatları, xarici ölkələrin Ombudsman və milli insan hüquqları təsisatlarını regionda sülhə maneə yaradan Ermənistanın törətdiyi insan hüquqları pozuntularına münasibət bildirməyə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun qəti tədbirlər görməyə çağırıram”.
Bizim.Media