Gəncədə 3 qadını vuran avtomobil binaya çırpıldı - FOTO 

Gəncədə 3 qadını vuran avtomobil binaya çırpıldı - FOTO 

Hazırda oxunan: Gəncədə 3 qadını vuran avtomobil binaya çırpıldı - FOTO 

58510

Gəncədə ağır xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan “Chevrolet Cruze” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarı ilə gedən 3 qadını vurub.  

Bundan sonra avtomobil yol kənarında olan yaşayış binasına çırpılıb.

Qəza zamanı sürücü və 3 qadın piyada xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.  
Hadisə yerinə DYP-nin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırmalar aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO