Nazir müavinin atası

Nazir müavinin atası "Azəriqaz"dan şikayət etdi

Hazırda oxunan: Nazir müavinin atası "Azəriqaz"dan şikayət etdi

58476

“Azəriqaza zəng vurusan deyir sizin sıra nömrəniz 44. Rabitə nazirliyinə zəng vurursan deyir sizin sıra nömrəniz 26. Azərbaycanda informasiya texnologiyalarının tətbiqi bundan ibarətdir. Sonra da mobil telefondan pul silinir. Dövlətin adından vətəndaşların cibinə girən bu oğru qurumların bir sahibi yoxdur?” 

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru Rəhim Əliyev sosial şəbəkə hesabından yazdığı statusda bildirib. 

Yazıçı fikirlərini bu cür davam etdirib: 

“Sovet vaxtı sinif yoldaşım müştərini 20 qəpik aldatdığı üçün 4 il həbsdə yatdı. Müstəqillik gələn kimi icra başçısının müavini oldu. "Ulutel" şirkətinə ayda 16 manat ödəyirəm, gündüzlər internet yoxdur. 4594829 nömrəsinə görə ayda 12,5 manat ödəyirən, heç zummer də yoxdur, nəinki internet. 

Müstəmləkəçilər düz deyir: müsəlmanlar özlərini idarə edə bilmir. Onlar ancaq xarici kəşfiyyat orqanlarının sifarişi nən öz prezisentlərinin telefonunu yazıya ala bilirlər”. 
Qeyd edək ki, Rəhim Əliyev Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevin atasıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO