Azad edilmiş ərazilərdə ötən il neçə hərbi hissə istifadəyə verilib? – RƏSMİ 

Azad edilmiş ərazilərdə ötən il neçə hərbi hissə istifadəyə verilib? – RƏSMİ 

Hazırda oxunan: Azad edilmiş ərazilərdə ötən il neçə hərbi hissə istifadəyə verilib? – RƏSMİ 

58460

İşğaldan azad edilmiş ərazilərdə ötən il istifadəyə verilmiş hərbi hissələrin sayı açıqlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə 2021-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində məlumat verilib. 

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə DSX-nin 19 yeni hərbi hissə kompleksi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan, Qubadlı rayonları ərazisindən və Laçın rayonunun bir hissəsindən keçən sahəsində 104 sərhəd-döyüş məntəqəsi xidməti-döyüş fəaliyyətinə başlanılıb. 

Azərbaycan-Ermənistan dövlət sərhədində "Eyvazlı" və "Qazançı" dövlət sərhədindən buraxılış məntəqələri fəaliyyətə başlamış, "Füzuli" beynəlxalq hava limanında sərhəd nəzarətinin təşkili üzrə tədbirlər görülüb, İAMAS-ın stasionar və səyyar iş yerləri yaradılıb. 
İşğaldan azad edilmiş ərazilərdə 73,8 km məsafədə yeni yol çəkil¬ib, 121,4 km məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO