Prezident: “Sərvətlərimizi qanunsuz istismar edən şirkətlərə qarşı hüquqi prosedurlara start vermişik” - VİDEO

Prezident: “Sərvətlərimizi qanunsuz istismar edən şirkətlərə qarşı hüquqi prosedurlara start vermişik” - VİDEO

Hazırda oxunan: Prezident: “Sərvətlərimizi qanunsuz istismar edən şirkətlərə qarşı hüquqi prosedurlara start vermişik” - VİDEO

58419

Bakı Ali Neft Məkətbinin tələbəsi Azelma Ağakişiyeva fevralın 2-də təşkil olunan Gənclər Forumunda Prezident İlham Əliyevə sual ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, Azelma Ağakişiyeva ilk öncə ekoloji sistemin qorunmasının vacib olduğunu qeyd edib. 

Tələbənin Prezidentə sualı isə bu cür olub: 

“Mən bilmək istərdim ki, ermənilərin ziyan vurduğu azad olunan torpaqlardakı ekologiya və ətraf mühiti qorumaq, bərpa etmək üçün hansı tədbirlər görülür?” 

Suala cavab olaraq, İlham Əliyev ermənilərin vurduğu ekoloji zərərin böyük olduğunu qeyd edib. Prezident işğaldan azad olunan ərazilərlə yanaşı Abşeron yarımadasında da ekoloji vəziyyətin bir vaxtlar çox acınacaqlı olduğunu və vəziyyətin normallaşdırılması üçün görülən tədbirlərə diqqət çəkib. 

İlham Əliyev fikirlərinin davamında işğqaldan azad olunan ərazilərdə də ətraf mühitə ciddi zərər vurulduğunu, lakin həmin bölgələrimizdə bərpa tədbirlərinin görüldüyünü və görülməyə davam ediləcəyini vurğulayıb. 

“Bizim təbii sərvətlərimizi qanunsuz istismar edən xarici şirkətlərə qarşı hüquqi prosedurlara start vermişik. Onların bir çoxu əslən ermənilərdir. Onlara qarşı artıq vəkillər də tutulub və indi görəcəklər onları nələr gözləyir. Biz onların yaxasını buraxmayacağıq”, - deyə İlham Əliyev qeyd edib.  

Həmin görüntüləri təqdim edirik: 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO